Pro HR Recruitment

CNC diş açan Frezerçi

razılaşma yolu ilə Bitəcək 4 months

VAKANSİYANIN DETALLARI

Vəzifə öhdəlikləri:

  • İstifadəsinə təhkim edilən Frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını  bilməli;
  • İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyin olunmasını bilməli;
  • CNC proqramları ilə işləməyi bacarmalı;
  • Avadanlıqların  yerləşməsi və ondan düzgün istifadə qaydalarını bilməli;
  • Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi   qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını,  istehsalat  mədəniyyətinə riayət etməli;
  • Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
  • Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
  • İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
  • Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına  nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
  • Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
  • İş yerini təmiz saxlamalı;
  • Işləyərkən  əmək təhlükəsizliyi qaydalarına əməl etməli;
  • Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək  qanunvericiliyini və  normativ tələblərini bilməli;
  • Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
  • Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.

Təhsil/Təcrübə:

  • Ali texniki təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • CNC, AutoCAD, Solidworks proqramlarını bilməli;
  • Cizgiləri oxumağı bacarmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
  • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla və nəqliyyatla ilə təmin edilmə;
  • İş qrafiki: 5 gün, 08:00 – 17:00