Pro HR Recruitment

Kabel zavodu, Baş texnoloq

razılaşma yolu ilə Bitəcək 6 months

VAKANSİYANIN DETALLARI

Vəzifə öhdəlikləri:

  • Texniki şərtlərin hazırlanması;
  • Texnoloji sənədlərin hazırlanması (sərfiyyət normalar, eskiz kartları (rejimlər), marşrut     xəritələri);
  • Yeni və cari məhsulların istehsal texnologiyasına nəzarət;
  • Yarana biləcək tullantıların təhlili;
  • Yeni və standart olmayan məhsullara yeni texniki tapşırıqların hazırlanması;
  • Texnoloji təlimatların hazırlanması;
  • Sifariş olunan məhsulların spesifikasiyalarının razılaşdırılması;
  • Texnoloji rejimlərə əməl edilməsinə nəzarət;
  • Tullantılara sərfiyyat normalarının hazırlanması;
  • İstehsal olunan məhsulların və xammalların keyfiyyətinə nəzarət;
  • Keyfiyyətə nəzarət idarəetməsinə riayət edilməsini təmin etmək;
  • Sınaq proqramlarının hazırlanmasını təmin etmək;
  • İSO sertifikatlaşması üçün lazım olan sənədlərin hazırlanmasını təmin etmək;
  • Sınaq məqsədi ilə istifadə ediləcək xammal material və avadanlığın seçilməsini təmin etmək;
  • Sazlanma və işə buraxma zamanı iştirakı;
  • Mühəndis texnoloqların müvafiq sahə üzrə təcrübə keçməsi və müvafiq sahə üzrə hazırlaması.

Təhsil/Təcrübə:

Ali texniki təhsil: Bakalavr və Magistr təhsili

  • Dil bilikləri: Rus dili, İngilis dili;
  • İş təşkilində dəqiqlik və məsuliyyətlilik;
  • Peşə istiqaməti üzrə istehsalat sahəsində ən az 5 il iş təcrübəsi;
  • Avadanlıqlarla ilə işləmək bacarığı;
  • Ünsiyyətcillik və kollektivdə işləmək bacarığı;
  • Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarını tapmaq bacarığı;

Əlavə məlumatlar:      

  • Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
  • İş saatı: 8:00-17:00
  • İş qrafiki: I-V günlər